Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verdi

  • Müəllif: Firuzə
  • 15 İyun 2026 22:58

Avropa İttifaqı və Ukrayna arasında üzvlük danışıqları rəsmi olaraq başlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antonio Kosta “X” sosial şəbəkə hesabında bildirib.

“Bu gün Ukraynanın Aİ-də gələcəyinə doğru tarixi addım atırıq və üzvlüklə bağlı rəsmi danışıqlara başlayırıq”, – deyə o qeyd edib.

Danışıqlar Lüksemburqda keçirilən hökumətlərarası konfrans çərçivəsində başlanıb./APA

Gununsesi.info