Akkuyu layihəsi NATO–Türkiyə münasibətlərinə təsir edərmi? -ŞƏRH

Rusiya Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu” AES-in tikintisinin maliyyələşdirilməsi üçün 9 milyard dollar vəsait ayırıb.

Bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.

Maraqlıdır, bu layihə Türkiyənin NATO üzvü olması ilə Rusiya ilə yaxınlaşması arasında ziddiyyət yaradırmı?

Gununsesi.info-ya açıqlamasında politoloq Turan Rzayev bildirib ki, Türkiyə NATO ölkəsi olsa da, yanlız başqa alyanslara qoşulub-qoşulmamaq, hərbi əməkdaşlıqlar kimi NATO qarşısında öhdəlikləri var:

“Türkiyənin verəcəyi hərbi və ya siyasi qərarların hərbi alyansla heç bir bağı yoxdur. Qeyd edilən məsələ Atom Elektrik Stansiyası ilə bağlıdır. Bunun isə NATO ilə heç bir əlaqəsi yoxdur. Bunun isə problem olacağını düşünmürəm. Hətta vaxtı ilə Türkiyə Rusiyadan “F-4000” raketləri də almışdı. O da NATO ölkəsidir, amma başqa dövlətdən silah alır”.

Siyasi şərhçi əlavə edib ki, bunlar NATO-da tez-tez görülən məsələlərdir.

“Müəyyən səslər çıxa bilər ki, bu da anti-Türkiyə mövqeyi ilə əlaqəlidir”,-deyə siyasi şərhçi əlavə edib.

 

Orxan

Gununsesi.info