Ali Məhkəmənin sədri vəkillərdən narazıdır

  • By admin
  • 08 Yanvar 2021 18:08

Ali Məhkəmənin sədri Ramiz Rzayev vəkillərin yazdığı şikayətlərdən narazı qalıb. R.Rzayev Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırova məktubda vəkillərin hazırladığı kassasiya və əlavə kassasiya şikayətlərində prosessual qanunvericiliyin tələblərinə əməl olunmamasından gileylənib. Ali Məhkəmənin sədri narazılığa əsas yaradan şikayətləri də məktubuna əlavə edib.

Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırov məlumatı AzadlıqRadiosuna təsdiqləyərək bildirib ki, göstərilən nöqsanların aradan qaldırılması məqsədilə bütün vəkil bürolarında, həmçinin fərdi vəkillərlə müzakirələr, onlar üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.

A.Bağırov
A.Bağırov

“Nəticədə vətəndaş narazı qalır”

A.Bağırov bunu bütövlükdə vəkillərin peşəkarlıq səviyyəsinin aşağı olması kimi qiymətləndirməyin tərəfdarı deyil. Onun sözlərinə görə, bütün peşələrdə olduğu kimi, vəkillər arasında da istisnalar ola bilər: “Tək vəkillər yox, bəzən hakimlər də məhkəmə qərarlarında səhv edirlər. Əks halda, heç bir məhkəmə qərarı yuxarı instansiya tərəfindən ləğv olunmazdı. Bu, təbii haldır. Biz də vəkillərdən daha diqqətli olmalarını, şikayətləri qanuna uyğun tələb etmələrini, yüksək keyfiyyətli hüquqi yardım göstərmələrini istəyirik. Bu məqsədlə də problemlərin aradam qaldırılması üçün addımlar atırıq”.

A.Bağırov deyir ki, Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti vermək üçün qanunvericilikdə əsaslar çox məhduddur.

 

Gununsesi.info