Arayik Arutyunyan həbsxanada AzTV-yə müsahibə verdi -Video

Qarabağda qondarma rejimin “prezident”i olmuş Arayik Arutyunyan həbsxanada AzTV-yə müsahibə verib.

Gununsesi.info xəbər verir ki, müsahibə bu axşam yayınlanacaq.
Qeyd edək ki, Arayik Arutyunyan 2020-ci il oktyabrın 28-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Bu il oktyabrın 3-də Arayik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.