Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə son zamanlar hüquq müdafiəçiliyi ilə məşğul olan (?) Fikrət Cəfərlinin rəhbəri olduğu İşgəncələr Əleyhinə Mərkəz tədbir keçirib. Həmin tədbirə dəvətli olsam da şəxsi işlərimə görə gedə bilmədim.
İndi mənə zəng edib deyirlər ki, Fikrət Cəfərlinin tədbirində məruzəçi kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov çıxış edib. Bu o adamdır ki, vaxtilə Milli Təhlükəsizlik Nazirliyində müstəntiq olub.
Talış xalqının tanınmış nümayəndəsi Novruzəli Məmmədova şəxsən işgəncələr verib. Sonradan Eldar Mahmudov tərəfindən məhkəmə sisteminə yerləşdirilib.
MTN tərəfindən qanunsuz həbs edilən bütün şəxslərin cinayət işləri hakim kimi onun icraatına verilib və saysız-hesabsız hökmlər çıxarıb.
Bu adam təqsirsizliyim sübuta yetirilməsinə baxmayaraq, məni 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Bilə-bilə qanunsuz hökm çıxaran hakimin yeri həbsxana olmalıdır.
Fikrət Cəfərli isə onu tədbirinin başında otuzdurur. Mən Böyük Britaniya Səfirliyinin bu məsələyə ciddi yanaşmasını xahiş edirəm. Fikrət Cəfərliyə gəlincə, üzrxahlıq etməsini və gedib başqa məşğuliyyət tapmasını tövsiyə edirəm.
Pərviz Həşimli
Gununsesi.info