Avropa Ermənistanı cəzalandırmağa QƏRAR VERDİ

  • By admin
  • 13 İyul 2022 12:34
İyunun 19-25-də AŞPA-nın sessiyasında iştirak edən Ermənistan nümayəndə heyəti pərdəarxası danışıqlar zamanı avropalı tərəfdaşlarına 3 təklif təqdim ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti bildirib.
Qəzet yazır ki, bu təkliflər ermənipərəst addımlar və bəyanatlarla bağlı olub.
“Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır. “Pərdəarxası danışıqlarda söhbət xüsusən də məhbusların qaytarılmasından gedib. Hakim “Mülki Müqavilə” partiyasındakı mənbəmiz bildirir ki, beynəlxalq tərəfdaşlarımız deputatlarımızın təqdim etdiyi təkliflərlə, hazırlanmış mətnlə tanış olub və buna heç bir etirazlarının olmadığını bildiriblər. Lakin İrəvan Avropanın, yoxa Rusiyanın yanında olmaqla bağlı konkret qərar verməyincə, onlar heç bir məsələdə Ermənistanın maraqlarını müdafiə etməyəcəklər: Son zamanlar Avropa rəsmiləri Ermənistan hakimiyyətinin atdığı addımları avropalılara “atmaq” cəhdi kimi qiymətləndirirlər. Buna görə də onlar Ermənistanı cəzalandırmaq qərarına gəliblər: ən azından Ermənistan hakimiyyətini son qərarını verməyə, harada, kiminlə olduğuna aydınlıq gətirməyə və Rusiya ilə əlaqələri tamamilə kəsməyə sövq edirlər.”
Qəzetin məlumatına görə, məsələ ilə bağlı AŞPA-nın sessiyasında iştirak edən Ermənistan nümayəndə heyəti üzvlərindən şərh almaq mümkün olmayıb.
Gununsesi.info