Avropa Şurasının hüquq məsələləri və insan hüquqları üzrə baş direktoru vəkillərlə görüşüb

  • By admin
  • 22 May 2023 19:16

“Bu gün Avropa Şurasının ofisində insan hüquqlarının müdafiəsi sahəsində çalışan bir neçə QHT rəhbərinin Avropa Şurasının hüquq məsələləri və insan hüquqları üzrə baş direktoru, Avropa Şurasının siyasi məsələlər və xarici əlaqələr üzrə direktoru, Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşümüz oldu. Görüşdə ölkədə insan hüquqları, demokratik instutların vəziyyəti, yerli məhkəmələrin praktikası, Avropa Məhkəməsinin qərarlarının icra vəziyyəti, bu sahələrdə olan problemlər, onların aradan qaldırılması üçün təkliflər müzakirə olundu”.

Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib.

Onun sözlərinə görə, bu görüş son aylarda beynəlxalq qurumların, xüsusilə də Avropa Şurasının nümayəndələri ilə aparılan müzakirələrin davamı və tərkib hissəsi olub:

“Ölkədə dialoq və debat mühütü bizdən kənarda olan dar çərçivə ilə məhdudlaşdığı üçün bu sahələr üzrə irad və təkliflərimizi beynəlxalq qurumların nümayəndələri vasitəsilə hökümətə çatdırılmalı oluruq. Təkliflərimizə hökümət tərəfindən münasibətin müsbət olmasına ümüd edirəm”.

Şəbnəm
Gununsesi.info