“Avroviziya 2023”də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcəklər 

  • By admin
  • 23 Mart 2023 09:46

“Avroviziya 2023”də Azərbaycan təmsilçiləri 12-ci nömrə altında çıxış edəcəklər.

Gununsesi.info xəbər verir ki, bu barədə Apa-ya İctimai Televiziyadan məlumat verilib.

Qeyd olunub ki, yarımfinal mərhələsi iki hissədən ibarət olacaq. Azərbaycan təmsilçiləri ikinci hissədə 12 nömrə altında səhnəyə çıxacaqlar.

Azərbaycanla yanaşı birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə də çıxış edəcək.

Xatırladaq ki, ölkəmizi bu il müsabiqədə TuralTuranX dueti “Tell me more” mahnısı ilə təmsil edəcək.

Müsabiqə 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.