Gəncədə qadın həkim qəza törətdi: Xəsarət alanlar var

  • By admin
  • 23 Mart 2023 09:49

Gəncə iki avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində 4 nəfər – 2004-cü il təvəllüdlü S.Abdullayev, 2001-ci il təvəllüdlü A.Abbasquliyev, 2004-cü il təvəllüdlü E.Mehdixanov və 2003-cü il təvəllüdlü S.Bayramov xəsarət alıb. Onlar xəstəxanaya aparılıb.

Avtomobillərdən birinin sürücüsünün Gəncə şəhərində fəaliyyət göstərən xəstəxanaların birində çalışan qadın həkim olduğu bildirilir.

Gununsesi.info