Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq “Açıq bankçılıq” funksionallığının tətbiqinə başlanılıb.
Gununsesi.info bu barədə AMB-yə istinadən xəbər verir.
Qeyd edilib ki, Mərkəzi Bankın “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası” çərçivəsində həyata keçirilən layihə rəqəmsal maliyyə xidmətlərinin genişlənməsinə və maliyyə inklüzivliyinin artmasına xidmət edir.
Cari ilin sonunadək platformanın əhatə dairəsinin genişlənəcəyi, digər banklar və ödəniş təşkilatlarının da qoşulacağı gözlənilir. “Açıq bankçılıq” ölkədə rəqəmsal transformasiyanı sürətləndirərək, maliyyə xidmətlərinə çıxışı sadələşdirəcək və bazarda rəqabəti gücləndirəcək.
➡️ Ətraflı: fintech.cbar.az/open-banking













