Azərbaycan – Aİ dialoqunun 3-cü raundu keçirildi – FOTO

  • By admin
  • 17 Mart 2022 19:03

Bakıda Azərbaycan-Avropa İttifaqı təhlükəsizlik dialoqunun 3-cü raundu keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib.

“Görüşdə regional məsələlər, enerji, kibertəhlükəsizlik, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və s. üzrə fikir mübadiləsi aparılıb”, – paylaşımda deyilir.

Gununsesi.info