Azərbaycana ən çox İrandan narkotik keçirilməsinə cəhdlər olur

  • By admin
  • 25 Yanvar 2022 11:01

Ötən il Azərbaycan sərhədindən 3 tondan çox narkotik maddə keçirilməsinə cəhd edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı məlumat verib. O qeyd edib ki, gömrük əməkdaşları tərəfindən 2021-ci ildə 3 043 507 ton narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

“Sərhəddən keçirilməsinə cəhd edilən narkotik maddələr sırasında ən çox heroinə rast gəlinir. Ümumilikdə, əvvəlki illərlə müqayisədə son zamanlar ölkəyə gətirilməsinə cəhd edilən narkotik maddələrin əksəriyyətini ağır tərkibli maddələr təşkil edir.

2021-ci ildə 2 ton 106 kiloqram narkotik maddənin İrandan Avropaya dövriyyə məqsədilə sərhəddən keçirilməsinə cəhd edilib”.

Gununsesi.info