Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 69% azalıb

  • Müəllif: admin
  • 22 Avqust 2020 16:58

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşınması ötən ilin eyni dövrü ilə müqayisədə 28,8% azalaraq 700 milyon nəfərə enib.

Gununsesi.info bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Cari dövrdə sərnişin dövriyyəsi isə 24,9% azalıb.

Eyni dövrdə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 51,9% azalaraq 64,7 milyon nəfər olub. Hava nəqliyyatı ilə isə 463,5 min və yaxud 68,7% az sərnişin daşınıb, daşımaların 99,5%-i dövlət, 0,5%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

 

 

Gununsesi.info