Azərbaycanda un ucuzlaşdı - Çörəyin qiyməti düşəcək?

  • By admin
  • 06 İyun 2023 20:28

Azərbaycanda un ucuzlaşıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Valyuta.az-a “Karat Holdinq” MMC-dən məlumat verilib.

Şirkətdən verilən məlumata görə, hazırda 50 kiloluq un kisəsi 32 manat 70 qəpiyə satılır. Bir ay öncə qiymət 34 manat 10 qəpik və 33 manat 60 qəpik arasında olub.

“Mehriban” istehsalı olan 50 kiloluq un kisələrinin qiymətinin isə 40 manatdan 32 manata düşdüyü vurğulanıb.

Qeyd edək ki, unun ucuzlaşması çörəyin qiymətilə bağlı məsələni yenidən gündəmə gətirə bilər. Yaxın günlərdə çörəyin qiymətinin azalması istisna olunmur.

Gununsesi.info