Azərbaycandakı türk seçicilərinin sayı nə qədərdir? - AÇIQLAMA

  • By admin
  • 28 Mart 2023 15:07

“Hazırda Azərbaycanda nə qədər seçicimizin olması dəqiqləşdirilir. Bu dəqiqləşdirmə aparıldıqdan sonra bəlli olacaq ki, Azərbaycanda nə qədər seçici var. Onlar hər dəfə olduğu kimi qarşıdakı seçkilərdə səs verəcəklər”.

 

Bunu Gununsesi.info-nun sorğusuna cavabında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Hüseyn Altınalan deyib.

 

Qeyd edək ki, qardaş ölkədə hər bir seçki böyük siyasi hadisə hesab olunduğundan dünyanın dörd bir yanında yaşayan Türkiyə vətəndaşları seçki hüquqlarından istifadə edir.

Azərbaycanda yaşayan türk vətəndaşları Bakı, Gəncə və Naxçıvandakı konsulluqlarda səs verir.

Mayın 14-də Türkiyədə prezident  və parlament seçkiləri keçiriləcək.

Elmar 

Gununsesi.info