Azərbaycanlı həkim Türkiyədə faciəvi şəkildə öldü

  • Müəllif: admin
  • 08 Sentyabr 2022 10:49

Türkiyədə azərbaycanlı həkim faciəvi şəkildə ölüb.

Gununsesi.info xəbər verir ki, uzman həkim Elnur Rufullayev işdən çıxan vaxt maşın vurub. Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü E.Rufullayev Türkiyədə özəl xəstəxanaların birində çalışırdı.

Gununsesi.info