Azərbaycanın gənc və perspektivli kikboksçusu Amin Quliyev İndoneziyanın Bandung şəhərində keçirilən “Byon Madness 5” döyüş gecəsində qələbə qazanıb.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının milli komandasının üzvü olan peşəkar kikboksçu oktyabrın 3-də “Bandung Arena”da rinqə çıxıb.
67 kq çəki dərəcəsində mübarizə aparan Amin Quliyevin rəqibi Mərakeş əsilli, Fransanı təmsil edən peşəkar döyüşçü Hakim Bahl olub.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Amin Quliyev hakimlərin qərarı ilə qalib gəlib.
Qeyd edək ki, “Byon Madness 5” döyüş gecəsi İndoneziyanın Qərbi Yava əyalətinin Bandung şəhərində təşkil olunub.












