“Azəriqaz” İB-nin növbəti “Açıq qapı” aksiyası bu tarixdə baş tutacaq

  • By admin
  • 07 İyul 2022 14:26

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 8 iyul saat 11:00-da başlayacaq.

Gununsesi.info xəbər verir ki, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Həm cari ilin 6 ayı, həm də iyun ayının yekunlarına dair hesabat təqdim olunacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

Gununsesi.info