“Azərişıq” əməkdaşlarının öldüyü dəhşətli hadisə barədə YENİ XƏBƏR

  • By admin
  • 29 Aprel 2021 11:14

2019-cu ilin 18 sentyabr tarixində Quba rayonunun Söhüb kəndi yaxınlığında “Azərişıq” ASC-nin şimal regional idarəsinin qəza xidmətinin əməkdaşları Zahid Qurbanov və Namiq Rüstəmovun ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ASC-yə məxsus UAZ markalı xidməti avtomobili dərəyə aşrmış 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə açılmış işlə bağlı kçeirilən prosesin yekununda onun 5 il müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını məntəqə tipli müəssisəsədə keçməsinə qərar verilib.

Qeyd edək ki, qəzaya uğrayanlar Sumqayıtdan Qubanın Söhüb kəndi ərazisindəki dağ kəndlərinə enerji verən paylayıcı stansiyaya baxış keçirmək üçün gəliblər. Qəza onlar geri qayıdarkən baş verib. Sürücünün diqqətsizliyi ASC-yə məxsus maşının dağdan 50 metr dərinlikli dərəyə yuvarlanmasına, 2 əməkdaşın ölümünə, sürücü ilə birlikdə daha 2 nəfərin xəsarət almasına səbəb olub.

Gununsesi.info