Azad olunmuş rayonlarda fləşmob hazırlandı - Video

  • Müəllif: Firuzə
  • 30 Oktyabr 2025 12:12

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, işğaldan azad olunmuş rayonlarda Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə fləşmob hazırlanıb.

Dövlət Komitəsindən Gununsesi.info-ya bildirilib ki, Böyük Qayıdışın bütün ünvanlarında doğma yurd yerlərində sevinci, qüruru hər kəs bir cür ifadə edir.

“Uşaqların sevinci isə bambaşqadır: səmaya uçan rəngbərəng şarlar onların arzu və ümidlərini təcəssüm etdirir”, – qurumdan vurğulanıb.

Fləşmobda Suveren Azərbaycan: “Köklərimizə bağlılıq, işıqlı sabaha inam” sloqanı yazılıb.

Fləşmobun videoçarxını təqdim edirik:

 

Gununsesi.info