Azərbaycanda 100 yaşından yuxarı olan təqaüdçülərin sayı açıqlandı

Azərbaycanda 100 yaşından yuxarı olar təqaüdçülərin sayı bəlli olub.

Bu barədə Gununsesi.info-nun Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı sorğuya verilən cavabda bildirilir.

Həmin məlumata görə, Azərbaycanda pensiyaçıların sayı 246 nəfər  təşkil edir: “Onlardan 211 nəfəri qadın,  35 nəfəri kişidir. Bundan əlavə 100 yaşı keçən şəxslərdən 2 nəfəri isə yaşa görə müavinət alır. Onların da hər 2-si qadındır.”

 

Firuzə

Gununsesi.info