Milli Şuranın sədri professor Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
Gununsesi.info xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat yayıb.
C.Həsənli bildirib ki, dekabrın 15-i saat 15.00 üçün DTX-yə çağırılıb.
O, bunun “Musavat. com” saytında baş nazirin sabiq müavini Abbas Abbasov və Milli Şura haqqında gedən yazı ilə əlaqəli ola biləcəyini ehtimal edib.
Firuzə













