“Azercell” ilk Onlayn Qadın Festivalının rəqəmsal tərəfdaşıdır

  • By admin
  • 03 May 2021 16:29

Mayın 6-8-də Azərbaycanda ilk dəfə olaraq “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı ilə Onlayn Qadın Festivalı baş tutacaq. Qadınların müxtəlif sahələr üzrə maariflənməsinə imkan yaradacaq toplantı http://qadinfest.az/ platforması üzərindən həyata keçiriləcək. 

İlk Onlayn Qadın Festivalında xanımları maraqlandıracaq çoxşaxəli mövzular müzakirəyə çıxarılacaq. Üç gün ərzində onlayn platforma üzərindən karyera, təhsil, sağlamlıq, gözəllik, psixologiya, uşaqlarla davranış və s. kimi mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı baş tutacaq. Eyni zamanda, yoqa, fitness, pilates, rəsm, mətbəx və s. sahələrində master-klasslar təşkil olunacaq. Yerli və beynəlxalq spikerlərin çıxış edəcəyi festivalda özünü inkişaf, qadınların hüquqlarının qorunması, sosial və digər məsələlər də gündəmdə olacaq.  Festivalın hər günü isə tanınmış və sevilən ifaçıların çıxışı ilə başa çatacaq.

“Azercell” bu maraqlı festival zamanı canlı yayımların keyfiyyətli və sürətli internet vasitəsilə ötürülməsinə nəzarət edəcək. Festival boyunca http://qadinfest.az/ saytının ana səhifəsinə “Azercell”in brendi ilə onlayn köşk yerləşdiriləcək  və buradan birbaşa mobil operatorun saytına keçid etmək mümkün olacaq.

Festivalın ən maraqlı məqamlarından biri də sual-cavab sessiyasının keçirilməsidir. Belə ki, tədbir zamanı təşkil olunacaq viktorinada sualların hamısına düzgün cavab verən iştirakçılara müxtəlif qiymətli hədiyyələr təqdim olunacaq. Festivalın rəqəmsal tərəfdaşı olan “Azercell Telekom” MMC də öz tərəfindən viktorina qaliblərindən birinə “iPhone SE” smartfonunu hədiyyə edəcək.

İlk onlayn qadın festivalına qoşulmaq üçün http://qadinfest.az/ saytında qeydiyyatdan keçmək lazımdır. Tədbirlə əlaqədar xəbərləri festivalın “Facebook”   https://www.facebook.com/events/197724505153756  və “Instagram”dakı  https://www.instagram.com/qadin_fest/ səhifəsindən izləmək olar. Festivalda iştirak ödənişsizdir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 %, ölkə ərazisi üzrə əhatə dairəsi: 93,6 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,65 % təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.

“Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Gununsesi.info