
Hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin müdafiəsinə həsr olunmuş etiraz aksiyası keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, Müdafiə Xətti İnsan Hüquqları Təşkilatının təşkil etdiyi aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti icazə vermədiyindən polis aksiyanın qarşısını alıb.
Belə ki, aksiyaya əlmək istəyən fəallar saxlanılaraq, uzaqlaşdırılıb.
Aksiya iştirakçıları müxtəlif tərəflərdən bir neçə nəfərlik qruplar şəklində Fəvvarələr Meydanına toplaşaraq, şüarlar səsləndirilib.
Təşkilatın yaydığı məlumatda deyilir ki, aksiyaya icazə verilməsə də baş tutmuş hesab olunur.
Onlar arasında hüquq müdafiə təşkilatının təsisçiləri Rüfət Səfərov, Zaur Əkbər və Zəfər Əhmədov da var.
Günay
Gununsesi.info