Tədqiqatçı, ictimai fəal Bəhruz Səmədov Ali Məhkəmədə kassasiya şikayətinə baxılması zamanı özünə xəsarət yetirib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə hüquq müdafiəçisi Zəfər Əhmədov məlumat yayıb.
Onun sözlərinə görə, Səmədov məhkəmədə fasilə zamanı sağ qolunu bir neçə yerdən kəsərək özünə xəsarət yetirib. O, buna səbəb kimi qanunsuz həbsdə saxlanılmasını və saxlanma rejiminin ağırlaşdırılmasını göstərib.
Məlumata görə, Ali Məhkəmə Səmədovun kassasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.
DTX tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
Elmar












