Bəxtiyar Hacıyev həbsxanadan yazır

  • By admin
  • 25 Yanvar 2023 23:08

17 gündür ki, həbsdə aclıq edən  siyasi fəal Bəxtiyar Hacıyev ona verilən dəstəyə görə ictimaiyyətə təşəkkür edib.

Hacıyevin Gununsesi.info-ya daxil olan müraciətini təqdim edirik.

 

“Aclıq aksiyası keçirdiyim bəzi günlərdə cəmiyyətin səssizliyindən məyus olmuşdum. Lakin son günlər cəmiyyətin bütün təbəqələrindən olan insanların, təşkilat və qrupların, siyasi partiyaların, KİV-lərin davamlı artan dəstəyini görürəm, hiss edirəm.

Haqsızlıq və ədalətsizliklə həyat və sağlamlığımla mübarizə apardığım kritik günlərdə bu, mənə böyük mənəvi dəstək verir.

Anlayıram ki, boş yerə yaşamamışam, Azərbaycanda ədalətli, hüququn aliliyi təmin edilən sistemin qurulması istiqamətində mübarizəmiz boş yerə getməyib. Əminəm ki, səylərimizi birləşdirərək, səsimizi getdikcə ucaldaraq, səssizliyimizi tələblərimizlə əvəz edərək bir gün hamıya lazım olacaq ədalətli cəmiyyəti quracağıq”.

Mais

Gununsesi.info