Bakıda ağacları kəsən tikinti şirkəti cərimələndi

  • By admin
  • 18 Oktyabr 2021 18:41

Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində ağacların quruması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə xidmət rəsmisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, sözügedən ünvana keçirilən baxış zamanı RS Construction MMC tərəfindən ərazidə tikinti işlərinin aparıldığı və tikintinin ətrafına çəkilmiş hasarın daxilində və kənarındakı bir neçə şam ağacının bioloji inkişafdan dayandığı məlum olub:

“Ağacların qurumasının səbəbini müəyyən etmək məqsədilə qurumuş ağacların dibindən torpaq nümunəsi götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib”.

Xidmət rəsmisi onu da qeyd edib ki, bir müddət əvvəl RS Construction MMC-yə sözügedən ərazidən ağacları qanunsuz köçürdüyünə görə tərəfimizdən akt, protokol tərtib olunub, cərimələnməsi üçün toplanmış sənədlər Xətai rayon Məhkəməsinə göndərilib və şirkət 15 000 manat məbləğində cərimələnib.

Gununsesi.info