Bakıda dəhşət: Azyaşlı evdə yanaraq öldü

  • By admin
  • 29 İyun 2022 09:54

Bakıda mənzildə yanğın olub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxananı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınıb.

Mənzildə baş verən yanğın zamanı azyaşlı körpə dünyasını dəyişib, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. Hazırda yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerindədir.

Gununsesi.info