Bakıda yol qəzası: Xəsarət alan var

  • By admin
  • 12 May 2023 08:55

Bakının Sabunçu rayonunda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülər Mehman qızı Osmanova yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info