Bakıdan Yerəvana gedən XİN rəhbərləri Paşinyanla görüşdülər

  • By admin
  • 25 İyun 2021 19:20

Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku “Twitter”də bildirib.

 

“Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında pozitiv gündəliyə nail olmaq, etimadın möhkəmləndirilməsi, münaqişədən sonrakı məsələlərin həlli və sabitlik üçün regional əməkdaşlıq istiqamətində öz səylərini davam etdirməyə qərarlıdır”, – deyə Rumıniya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, Avstriya, Litva və Rumıniya XİN başçıları Cənubi Qafqaz regionunda səfərdədirlər.

Gununsesi.info