Bakının bəzi məktəblərində dərslər BAŞLAYIR

  • By admin
  • 27 Avqust 2020 11:59

Azərbaycanda fəaliyyət göstərən bəzi özəl liseylərdə sentyabr ayının 1-dən dərslərə start verilir.

Gununsesi.info xəbər verir ki, bununla bağlı lisey rəhbərliyi təhsil ocağının işçi heyətinə məlumat verib. Həmçinin valideynlərə dərslərin onlayn qaydada başlayacağı ilə bağlı bildiriş göndərilib.

Liseylərin inzibati binasında tədris sisteminin nə zaman başlayacağı məsələsinə gəlincə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq.

Gununsesi.info