Baş Prokurorluq jurnalisti həbs edib - VƏZİFƏLİ ŞƏXSİN QƏRARINA TƏSİR GÖSTƏRİB

  • By admin
  • 14 Sentyabr 2022 23:39

P“Səda” TV-nin rəhbəri Elnur Şükürov Baş Prokurorluq tərəfindən həbs edilib.

Rəsmi açıqlamaya görə, Baş Prokurorluğun İstintaq idarəsində Əvəz Zeynalov və Elçin Sadıqovun təqsirləndirilmələrinə dair cinayət işi üzrə aparılan istintaq gedişində “Səda TV” MMC-nin direktor müavini olmaqla eyniadlı internet kanalının faktiki rəhbəri Elnur Şükürovun qanunsuz əməlləri ifşa edilib.

Prokurorluqdan verilən məlumata görə, istintaqla Elnur Şükürovun Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 hektar torpaq sahəsinin və 168 kvadratmetr tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədin əldə edilməsi müqabilində daşınmaz əmlakın alqı-satqısında vasitəçi xidməti göstərən Salman Nəsrullayevdən 50 min manat pul alaraq “Səda TV” internet kanalının imkanlarından istifadə etməklə tələb olunan arayışın verilməsinə dair müvafiq qərarın qəbuluna qanunsuz təsir göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Göstərilənlərə əsasən, sentyabrın 14-də Elnur Şükürov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bu arada Gununsesi.info onu xatırladır ki, adışəkilən şəxs Əvəz Zeynallı və Elçin Sadıqov həbs edildiyi gecə məhkəmənin binası önündə olub, onlara dəstək nümayiş etdirib.

Vəkil və jurnaliatin həbsindən bir gün sonra Eynulla Fətullayev sosial şəbəkədə “Məhkəmənin qarşısında himn oxuyan jurnalistlərdən biri məmuru şantaj və təhdid edir, araşdırmam başa çatsın, ifşa edəcəm” qeydini paylaşmışdı.

Gununsesi.info