Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bildirib ki, İran bir gün əvvəl Hörmüz boğazından keçərkən Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus gəmiyə hücum edib.
Gununsesi.info xəbər verir ki, bu barədə BƏƏ-nin dövlət xəbər agentliyi “WAM” məlumat yayıb.
Məlumata görə, ADNOC xəsarət alanların olmadığını və vəziyyətin nəzarət altında olduğunu bildirib.
BƏƏ Xarici İşlər Nazirliyi Tehranı hücumları dayandırmağa, hərbi əməliyyatlara son qoymağa və su yolunu tamamilə açmağa çağırıb.










