Berlində yüzdən çox aksiya iştirakçısı tutulub

  • By admin
  • 29 Avqust 2020 22:49

Almaniyanın paytaxtı Berlin şəhərində koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı keçirilən kütləvi etiraz yürüşündə polislə nümayişçilər arasında qarşıdurma yaranıb.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA “Novosti”yə polis rəsmisi məlumat verib.

Qeyd olunub ki, artıq 100-dən çox nümayişçi polis tərəfindən saxlanılıb. Bəzi həbslər Rusiya səfirliyinin yaxınlığında aparılıb. Etirazlar diplomatik missiyanın işinə heç bir şəkildə təsir etməyib.

Bildirilib ki, etirazçıların sayı 20 minə çatıb.

Qeyd edək ki, son günlər Almaniyada koronavirusa yoluxma sayı artaraq aprel ayında qeydə alınmış ən yüksək həddə yaxınlaşır. Belə ki, son 24 saat ərzində ölkədə 1 474 nəfər yoluxub. Bütövlükdə, pandemiya ərzində Almaniyada 240 986 nəfər yoluxub, bunların 9 289 nəfəri ölüb.

 

 

Gununsesi.info