Biləsuvarda əmisi oğlunu xilas edən məktəbli çayda boğuldu

  • By admin
  • 20 İyul 2021 21:31

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Bolqarçayda çimən məktəblilərdən biri, Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu boğularaq ölüb.

Mərhum 10 yaşlı əmisi oğlunun boğulmasını görüb və onu suyun dayaz hissəsinə çıxarıb. Lakin özü yorulduğundan çayda boğulub.

Qeyd edək ki, orta məktəbin 9-cu sinfini bitirən F. Məmmədli ailənin tək oğul övladı olub.

Gununsesi.info