BMT-də Türkiyədəki zəlzələ qurbanları bir dəqiqəlik sükutla anıldı - VİDEO

  • By admin
  • 06 Fevral 2023 20:51

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Türkiyə və Suriyadakı zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gununsesi.info xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərindəki iclasa BMT-nin baş katibi Antonio Quterreş sədrlik edib.

Qeyd edək ki, təkcə Türkiyədə təbii fəlakət nəticəsində azı 1541 nəfər həyatını itirib, 9773 nəfər yaralanıb.

Gununsesi.info