Avropa Birliyi (AB) diplomatiyasının rəhbəri Josep Borrell Kiyevdə səfərdədir.
Gununsesi.info xəbər verir ki, bu barədə J.Borrel X hesabında yazıb.
O bildirib ki, bu, onun Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Ukrayna paytaxtına beşinci, AB-nin ali nümayəndəsi simasında isə sonuncu səfəridir.
“Ukraynanı dəstəkləmək mandatım dövründə şəxsi prioritetim olub və AB gündəminin əsas mövzusu olaraq qalacaq”, – o yazıb.