Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Qlobal Bakı Forumunda iştirak edib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı səfirin özü paylaşım edərək bildirib.
Səfir qeyd edib ki, artan gərginlik və mürəkkəblik dövründə belə platformalar həmişəkindən daha çox əhəmiyyət daşıyır.
O, həmçinin bildirib:
“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu bizim burada olmağımızın səbəbini tam olaraq əks etdirir”.












