Bu gün saat 10:00-dan qaz kəsiləcək

  • Müəllif: Firuzə
  • 03 Fevral 2026 09:58

Bu gün Bakının Binəqədi rayonunun bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, “Motodrom” qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsinin və Motodrom ərazisinin qaz təchizatı dayandırılacaq.

Gununsesi.info