Bu, nüfuzumuzu zədələdi – Milli

  • By admin
  • 29 Sentyabr 2021 09:54

“Əfqanıstandan çəkilmək nüfuzumuza xələl gətirdi”.

Gununsesi.info “Sözcü”yə istinadla xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komandanı, general Mark Milli deyib. O bildirib ki, Əfqanıstandakı axırıncı hadisələrdən sonra “Əl-Qaidə” 12 ay ərzində ABŞ-ı yenidən təhdid edə bilər. ABŞ-ın Baş Qərargah rəisi “Taliban”ı “Əl-Qaidə” ilə əlaqələri olan terror təşkilatı kimi dəyərləndirib:

“Əfqanıstan ordusunun bu qədər tez dağılacağını gözləmirdik. Bu sürətli təslimiyyət bizi də təəccübləndirdi. Bizim və ortaqlarımızın hazırladığı Əfqanıstan ordusunun bir güllə belə atmadan “əriyib getməsinə” şok olduq”.

Gununsesi.info