
Somalinin paytaxtı Moqadişoda təhlükəsizlik baxımından maska və papaqdan istifadə qadağan edilib.
Gununsesi.info xəbər verir ki, Moqadişu bələdiyyəsinin sözçüsü Salah Dheere mətbuata verdiyi açıqlamada, cinayət törədənlərin şəxsiyyətini gizlətdikləri üçün maska və papaqlardan istifadənin qadağan edildiyini açıqlayıb. Dheere ictimai nəqliyyatda silah gəzdirməyin də qadağan olduğunu bildirib.
Yaşlıların taxdıqları fəsə bənzər papaqlar qadağadan kənarda saxlanılıb.
Somali prezidenti Həsən Şeyx Mahmudun da qatıldığı təhlükəsizlik toplantısında alınan qərarlar son vaxtlar artan bomba hücumlarına qarşı alınan yeni tədbirlərdən bəziləri olub.
Moqadişu hökuməti Əl-Şəbab terror təşkilatına qarşı əməliyyatlarını artırdıqca, təşkilat müxtəlif şəhərlərdə hücumlarını artırıb.
Gununsesi.info