“Ölkə Prezidenti İlham Əliyevin 29 sentyabr 2022–ci il tarixli Sərəncamı ilə 2023–cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan olunması yaşadığımız bu ilə böyük önəm vermiş oldu. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərin Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılması da, ilk növbədə, bu dahi şəxsiyyətin dövlət və xalq qarşısında müstəsna xidmətlərindən xəbər verir....