Cempionlar Liqasında həftənin oyunçusu bəlli olub

  • By admin
  • 06 Noyabr 2020 16:15

Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.

Gununsesi.info-nun məlumatına görə, UEFA III turun oyunlarından sonra azarkeşlər arasında aparılan səsvermənin nəticəsini açıqlayıb.

Həftənin oyunçusu adına “Liverpul”un hücumçusu Dioqo Jota layiq görülüb. O, “Atalanta” ilə səfər matçında het-trik edərək, buna nail olub. Jota müvafiq olaraq Alassane Plea (“Borussiya”, Mönhenqladbax), Erlinq Haland (“Borussiya”, Dortmund) və Yussef En-Nesirini (“Sevilya”) qabaqlayıb.

Qeyd edək ki, Dioqo Jota “Liverpul”a mövsümün əvvəlində “Vulverhempton”dan keçib.

 

 

Gununsesi.info