Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər

  • By admin
  • 12 May 2023 13:17

UEFA Çempionlar Liqasının finalının İstanbuldan Lissabona keçirilməsi müzakirə olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.

Bildirilir ki, bununla bağlı Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə Portuqaliya Futbol Federasiyası arasında məsləhətləşmələr aparılır.

UEFA Türkiyədə keçiriləcək seçkilərlə bağlı mümkün iğtişaşlardan ehtiyatlanır. Bu səbəbdən təşkilatın rəhbərliyi Çempionlar Liqasının finalının başqa şəhərə keçirilməsi məsələsini Portuqaliyanın Futbol Federasiyası ilə qeyri-rəsmi müzakirə edib. Qəzetin məlumatına görə, təşkilat finalın Türkiyədə keçirilməsində israrlıdır.

Gununsesi.info