Dəmiryolçular peşə bayramını qeyd edir - MƏNZİL VƏ MÜKAFATLAR VERİLDİ

  • By admin
  • 13 Oktyabr 2016 17:56

c1

13 oktyabr Azərbaycan dəmiryolçuların peşə bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC-də tədbir keçirilib. Gununsesi.info-nun xəbərinə görə, bu münasibətlə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə bütün dəmiryolçular Fəxri Xiyabanda mərhum dövlət başçısı Heydər Əliyevin, daha sonra isə Şəhidlər Xiyabınında şəhidlərin məzarını ziyarət edib.

cavid

“Azərbaycan Dəmir Yolları” QSC-də təşkil olunan tədbirdə isə sədr Cavid Qurbanov  tədbir iştirakçılarını dəmiryol işçilərinin peşə bayramı günü münasibətilə ürəkdən təbrik edib. O, “Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 oktyabr 2016-cı ildə imzaladığı sərəncamları oxuyub.

Tədbirdə bir qrup dəmiryolçuya “Fəxri dəmiryolçu” döş nişanı, ev və bayram hədiyyələri təqdim olunub.

c01

d1

ad

c4

c9

d02