Daha bir “TikTok”er saxlanıldı

  • By Mina
  • 16 Aprel 2024 16:32

Polis əməkdaşları sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxsi saxlayıblar.

Bu barədə Gununsesi.info Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.

Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.

Gununsesi.info