
Türkiyəli müğənni Doğuşun ən yaxın dostu ailəsi ilə birlikdə dağıntılar altında qalıb.
Gununsesi.info xəbər verir ki, bu barədə onun həyat yoldaşı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişində bildirib.
Onun sözlərinə görə, ailə üzvlərindən sadəcə birini xilas etmək mümkün olub.
Hidayətqızı qeyd edib ki, dostu Doğuşa hər zaman maddi və mənəvi dəstək olub.
Hazırda zəlzələ bölgəsinə yollanan sənətçi dostunun dağıntılara məruz qalan evində çəkiliş edib.
Gununsesi.info