Dövlət büdcəsinə köçürülən vəsaitin həcmi ARTIB

  • By admin
  • 09 Sentyabr 2022 11:20

Bu ilin yanvar-avqust aylarında vergi daxilolmaları üzrə dövlət büdcəsinə 9 787,4 mln. manat vəsait köçürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında məlumat verib.

M.Cabbarov qeyd edib ki, bu vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 954,2 mln. manat və ya 67,8% artıb.

Gununsesi.info