Zelenski azad edilən şəhərdən video paylaşdı

  • By admin
  • 09 Sentyabr 2022 11:32

Ukrayna ordusu Xarkov vilayətinin Balakleya şəhərini işğaldan azad edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, hazırda şəhərdə Ukrayna bayrağı dalğalanır.

Zelenski teleqram kanalında ukraynalı hərbçilərin Balakleyanın azad edilməsi ilə bağlı prezidentə məruzəsinin video görüntüləri paylaşıb.

Gununsesi.info