Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı dövlətimizin humanist cəza siyasətinin təzahürüdür.
Bu qərar qəbul edilərkən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla, cəzadan azad etmənin islah və tərbiyəvi mahiyyətinə xüsusi önəm verilib.
Amnistiya aktı tətbiq olunacaq şəxslərin cəmiyyətə reinteqrasiya olunaraq gələcəkdə qanunlara hörmətlə yanaşacaqlarına və onlara əməl edəcəklərinə, məsuliyyətli vətəndaş olaraq cəmiyyətin inkişafına töhfə verəcəklərinə ümid edirik.
Qəbul edilmiş amnistiya aktının icrası Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun və çevik şəkildə həyata keçiriləcək.
Fərid Əhmədov
Ədliyyə naziri












